Dünya

Kürdlərin liderindən İŞİD-ə ultimatum

31 İyul 2014 18:33
0 Şərh     Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin lideri Məsud Bərzani "İraq və Şam İslam Dövləti" terror qruplaşmasına ultimatum verib.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, İraq-Suriya sərhədinin yaxınlığındakı Rabiye bölgəsinə səfər edən M.Bərzani orada kürdlərin silahlı birləşmələri olan "peşmerge"lərin komandirləri ilə görüşüb.
 

Rabiyə bölgəsinin "peşmerge" qüvvələrinin komandanı Həşim Siiteyi Kürdüstan Demokratik Partiyasının (KDP) rəsmi saytına açıqlama verib.

"Cənab Bərzani bizə dedi ki, peşmergelər ağır silahlar və hərbi texnika ilə təchiz ediləcək. O, Suriyadakı kürdləri qorumağımızı da tapşırdı, təlimat verdi".
 

M.Bərzani kürdlərdən İŞİD-ə qarşı sərt mübarizə aparmağı tələb edib.
 

"İŞİD artıq anlasın ki, onunla mülayim davranmaq niyyətində deyilik", - M.Bərzani söyləyib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.