Dünya

Məşhur reper qafqazlıları ələ saldı - FOTO

31 İyul 2014 14:39
0 Şərh     Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyalı məşhur rep ifaçısı Timati "Pontı" adlı yeni repinə klip çəkdirmək qərarına gəlib. Anspress-in məlumatına görə, videoda baş rolu müğənni Vera Brejneva canlandırır. Timati çəkilişlərdən olan bəzi kadrları İnstagram səhifəsində paylaşıb. Bir müddət öncə ata olan Timati ötən günlərdə Vera ilə olan videonu paylaşaraq: "Qardaşlar, apardım Veranı" şərhini bildirib.

Hər zaman yüksək həyat tərzini nümayiş edən Timati bu klipində Rusiyada yaşayan və taksi sürücüsü işləyən qafqazlını, Brejneva isə paytaxtda yaşayan dəbli xanımı canlandırıb.

Bu videogörüntü üçün Timati imicində əməlli-başlı dəyişikliklər etməli olub. İfaçı idman geyimi, rezin ayaqqabı geyinib, başına papaq qoyub dişlərini isə qızıl kimi göstərmək üçün üzərini qızılı folqa ilə örtüb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.