Dünya

Sensasiyalı açıqlama: Fələstinin taleyi belə həll olunur - FOTO

31 İyul 2014 13:43
1 Şərh     Baxış: 2 305
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fələstinin Qəzza bölgəsinə 2007-ci ildən bəri nəzarət edən "Harakat əl Müqaviməh əl İslamiyyah" (HƏMAS) hərəkatına qarşı İsrailin iyulun 7-dən bəri həyata keçirdiyi amansız hücumların və hərbi əməliyyatın pərdəarxası aşkarlanıb.
 

İsrailin kəşfiyyatı və xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan Debkafile saytı Qəzzadakı əməliyyatın İsrail, Misir və Səudiyyə Ərəbistanı tərəfindən birlikdə planlaşdırılaraq həyata keçirildiyini yazıb.
 

Milli.Az bildirir ki, Səudiyyə Ərəbistanının kralı Abdulla əl Səudun təşəbbüsü ilə yaradılmış bu üçtərəfli "əməkdaşlıq" planının ilkin mərhələsi Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasın proseslərdən kənar saxlanılması idi.

Daha sonra prosesə Misir prezidenti Əbdül Fəttah əl Sisi və Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısı şeyx Məhəmməd bin Rəşid əl Məktum qoşulub.
 

Onlar Səudiyyə kralı və İsrailin baş naziri Binyamin Netanyahunun ssenarisinin "oyunçu"ları olduqlarını sonradan anlayıblar.
 

Qəzza bölgəsində "Sarsılmaz qaya" adlı amansız hərbi əməliyyat başlayan gündən az sonra İsrail Hərbi-Hava Qüvvələrinin bir təyyarəsi Misir paytaxtı Qahirədəki aviabazalardan birinə enib. Misir kəşfiyyatı Qəzzadakı HƏMAS hərəkatı ilə bağlı operativ məlumatları təyyarə ilə gəlmiş İsrail hərbi kəşfiyyatı ŞABAK və xarici kəşfiyyatı MOSSAD-ın agentlərinə təhvil verib.
 

ŞABAK və MOSSAD mənsubları elə həmin təyyarə ilə Təl-Əvivə dönüblər.

Səudiyyə Ərəbistanı, Misir və İsrail arasında Qəzza ilə bağlı kəşfiyyat məlumatlarının mübadiləsində Səudiyyə Ərəbistanının kəşfiyyatının sabiq rəhbəri, ölkənin ABŞ-dakı keçmiş səfiri Bəndər bin Sultan vasitəçilik edir.
 

Bundan başqa, İsrailin baş naziri Binyamin Netanyahunun xüsusi telefon xətti ilə Misir prezidenti Əbdül Fəttah əl Sisi və Səudiyyə Ərəbistanının kralı Abdulla ilə sürəkli danışıqlar apardığı, bu şəxslərin mütəmadi olaraq telekonfranslar vasitəsilə ünsiyyət saxladıqları da vurğulanır.

Debkafile onu da bildirir ki, Qəzzada indiyədək 1300-dən artıq fələstinlinin həlak olduğu hərbi əməliyyatlar İsrail, Misir və Səudiyyə Ərəbistanının ortaq planıdır.
 

Məqsəd Qəzzaya nəzarət edən HƏMAS hərəkatının çökdürülüb məhv olunmasıdır.

Səudiyyə Ərəbistanının kəşfiyyatının sabiq rəhbəri Bəndər bin Sultanın İsrail "Mossad"ının rəhbəri Tamir Pardo ilə sürəkli təmaslarda olduğu bildirilir.

Bundan başqa, İsrailin xarici kəşfiyyat strukturu olan "Şin Bet"in şefi Yoram Kohen hazırda İsraillə Misir arasındakı gizli danışıqların koordinatorudur.
 

O, Misir prezidenti Əbdül Fəttah Sisinin qeyri-rəsmi müşaviri, Misir kəşfiyyatının rəhbəri Əhməd Fared əl Tohami ilə fasiləsiz məsləhətləşmələr aparır.

İsrail, Misir və Səudiyyə Ərəbistanının Fələstinin Qəzza bölgəsi ilə bağlı planı 3 mərhələdən ibarətdir:
 

1. Səudiyyə Ərəbistanın bilavasitə yardımı və dəstəyi ilə İsrailin Qəzzadakı həyata keçirdiyi əməliyyatlar HƏMAS hərəkatının çökdürülməsi ilə başa çatmalıdır.
 

2. Daha sonra Misir və Səudiyyə Ərəbistanının nəzarəti ilə Fələstində yeni hökumət qurulur. Başda Birləşmiş Ərəb Əmirlikləri olmaq şərtilə Fars Körfəzi ölkələri Fələstinin darmadağın edilmiş infrastrukturunu bərpa edir, İsrail də buna göz yumur.
 

3. Beynəlxalq miqyasda İsrailə qarşı təzyiqlər və pressinqin yaşandığı dönəmdə Təl-Əvivi gizli müdafiə edən Səudiyyə Ərəbistanı və Misir bunun müqabilində Fələstində Qərbi Şəriə ilə Qəzza arasında danışıqlara start verir. Fələstində ortaq, koalision hökumət qurulur və fələstinlilər bir iqtidar tərəfindən idarə olunur.
 

Milli.Az

Xəbərin mənbəyi: Netanyahu's dilemma: Back Obama's save Hamas policy, or fight for its downfall with Egypt and Saudis


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.