Dünya

Luqanskda öldürülən azərbaycanlının meyitinin qohumlarına verilməsi üçün tədbirlər görülür - YENİLƏNİB

31 İyul 2014 18:21
1 Şərh     Baxış: 1 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Ukraynadakı səfirliyi Luqanskda öldürülən azərbaycanlının meyitinin qohumlarına verilməsi üçün tədbirlər görür


18:21


Ukraynanın Azərbaycandakı səfirliyinin birinci katibi Asim Osmanov Trend-ə deyib ki, 1962-ci il təvəllüdlü Telman Cəfərovun öldürülməsi haqqında informasiyanı diplomatik nümayəndəliyə onun əmisi oğlu və dostu Oruc Cəfərov Həsən Cəfərov veriblər: "Hazırda Luqansk vilayətinin Lutuqinsk rayon polis idarəsi ilə birlikdə öldürülənin meyitinin qohumlarına verilməsi ilə bağlı tədbirlər görülür".
 

Diplomat KİV-in üç azərbaycanlının yaralanmasına dair yaydığı xəbərləri təkzib edib. Onun sözlərinə görə, bu məlumat təsdiqini tapmayıb.
 

Ukrayna KİV-ləri daha əvvəl məlumat vermişdi ki, Luqanskda Azərbaycan diasporunun rəhbərlərindən biri, Ukraynanın Luqansk vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədr müavini Telman Cəfərov öldürülüb. Bundan başqa, daha 3 azərbaycanlının güllə yarası aldığı bildirilirdi.

KİV-in məlumatına əsasən, insident dünən axşam saatlarında Luqansk vilayətinin Kamenka kəndinin ətrafında baş verib.


-----------
12:57

Daha üç azərbaycanlı yaralı vəziyyətdə itkin düşüb


Ukraynanın Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini Telman Sədi oğlu Cəfərov separatçılar tərəfindən güllələnərək öldürülüb.

Luqansk Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyevin APA-ya verdiyi məlumata görə, hadisə dünən axşam Luqansk yaxınlığındakı Kamenko kəndinin ətrafında baş verib.

T. Cəfərovun meyiti separatçıların nəzarəti altında olan ərazidə qalıb və hələlik meyiti götürmək mümkün olmayıb.

T. Cəfərovla birgə Mahir, Nurlan Elman adlı azərbaycanlılar isə separatçıların açdığı atəş nəticəsində yaralanıblar. Onların itkin düşdüyü bildirilir. Məlumata görə, T. Cəfərov və onun azərbaycanlı tanışları həmin ərazidə fermer təsərrüfatlarına aid heyvanları çıxarmaq istəyəndə hücuma məruz qalıblar.

Azərbaycanın Ukraynadakı səfirliyinin Konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya hadisə ilə bağlı araşdırma aparılacağını deyib.

Qeyd edək ki, Ukrayna vətəndaşı olan 1961-ci il təvəllüdlü Telman Cəfərov əslən Bakıdandır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ