Dünya

Saakaşvili: "Siyasi sığınacaq nəyimə lazımdır?"

31 İyul 2014 11:54
0 Şərh     Baxış: 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Siyasi sığınacaq nəyimə lazımdır? Axı görürsünüz ki, bütün ölkələrdə məni necə qarşılayırlar"

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Macarıstanda "Rustavi-2" telekanalının müxbirinin sualını cavablandırarkən deyib.

Dünyanın əksər ölkələrində yaxşı qarşılandığını deyən M.Saakaşvili jurnalistə ABŞ-da necə qarşılandığına diqqət yetirməyi məsləhət görüb. "Baxın Birləşmiş Ştatlarda məni necə qarşılayırlar, onların reaksiyalarına fikir verin", - deyə o vurğulayıb.

Qeyd edək ki, Macarıstan hökuməti artıq Gürcüstanın sabiq ədliyyə naziri Zurab Adeişviliyə siyasi sığınacaq verib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.