Dünya

Bir ölkə iflas etdi

31 İyul 2014 12:12
0 Şərh     Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumi məbləği 1,6 milyarda çatmış dövlət istiqrazları üzrə borcları ödəyə bilməyən Argentina defolt durumundadır. Nyu-Yorkda ABŞ Ali Məhkəməsinin xüsusi nümayəndəsinin vasitəçiliyi ilə kreditorlarla aparılan danışıqlarda rəsmi Buenos-Ayres iflasa uğradığını bəyan etməkdən boyun qaçırıb.
 

Milli.Az Reuters-ə istinadən bildirir ki, Argentinanın iqtisadiyyat naziri Aksen Kisilyofun dediyinə görə, Buenos-Ayres bütün borc öhdəlikləri üzrə ödənişləri vaxtında yerinə yetirib: "Xarici borcumuzu bundan sonra da ödəməyə davam edəcəyik".

Beynəlxalq "Standard&Poor's" agentliyi Argentinanın kredit reytinqini CCC-dən "seçimli defolt"a qədər aşağı salıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.