Dünya

İsrail bu ölkəni də vurdu: ölənlər var

31 İyul 2014 09:33
0 Şərh     Baxış: 1 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail qırıcıları Misir sərhədindəki bir hərbi hədəfi bombalayıb

İsrailin hərbi hava donanması Misir sərhədini bombardman edib.

Anspress "TRT Haber" saytına istinadən xəbər verir ki, bombardman nəticəsində 6 Misir əsgəri həlak olub.

Məlumata görə, atəşkəs elan olunmasından sonra havaya qalxan İsrail qırıcıları Misir sərhədindəki bir hərbi hədəfi bombalayıb, nəticədə 6 hərbçi ölüb.

Hadisəyə Misir tərəfi münasibət bildirməyib.

Qeyd edək ki, bir müddət əvvəl rəsmi Qahirə İsrail ilə Fələstin arasında atəşkəs əldə olunması üçün vasitəçilik etməyə hazır olduğunu bildirmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.