Dünya

Rusiyaya qarşı sanksiyalar AB-yə ziyan vurur

31 İyul 2014 12:56
0 Şərh     Baxış: 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndiyə qədər sanksiyalardan ən çox əziyyət çəkən Avropa Birliyi ölkəsi Almaniyadır

Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar əks-təsir doğuracaq.

Ekspertlərin hesablamalarına görə, bu il birlik ölkələrinin Ümumi Daxili Məhsulunda 0.3 faiz azalma müşahidə olunub.

Gələn il isə bu göstəricilərin 0.4 faiz olması ehtimalları yüksəkdir. İndiyə qədər sanksiyalardan ən çox əziyyət çəkən Avropa Birliyi ölkəsi Almaniya olub. İlin əvvəlindən Almaniya ilə Rusiya arasında olan ticarət həcmi 17 faiz aşağı düşüb. Bu isə Almaniya büdcəsi üçün 4-6 milyardın itirilməsinə bərabərdir.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Rusiyaya qarşı tətbiq olunan yeni sanksiyaların əsas hədəfi Rusiya banklarıdır. Bundan başqa, neft sənayesi ilə bağlı avadanlıqların və ikilitəyinatlı, texnika və elektron cihazların Rusiyaya idxalına bir sıra məhdudiyyətlər tətbiq olunub. Rusiyayla yeni hərbi müqavilələrin bağlanmasına qadağa qoyulsa da, ekspertlərin fikrinə görə, bu Fransaya öncəki müqaviləni yerinə yetirib, Moskvaya "Mistral" helikopter daşıyıcıları satmasına maneçilik törətməyəcək.

Rusiyanın Ukraynada hökumətə qarşı çıxan separatçılara dəstək verməsi Qərbin rəsmi Moskvaya qarşı qəzəbini artıran əsas amillərdən biri olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.