Həmas Siyasi Bürosu sədrinin köməkçisi Musa Əbu Ruzi Hizbullahı İsrailə qarşı cəbhə açmağa dəvət edib.Musa Əbu Ruzi Hizbullaha İsrailə qarşı cəbhə açması üçün müraciət etdi
Rusiya rəsmi xəbər agentliyi "Ria Novosti"yə verdiyi müsahibədə, Musa Əbu Ruzi Hizbullaha İsrailə qarşı cəbhə açması üçün müraciət etdi.
Anspress-in məlumatına görə, Əbu Ruzi Hizbullah ilə çiyin-çiyinə vuruşacaqlarına inandığını bildirib.
O bununla müharibədə şimal cəbhəsinin yaranacağını qeyd edərək "Ümid edirəm, Hizbullah da bu rejimə (İsrail) şimaldan bir cəbhə açar və bizimlə birgə mübarizəyə qoşular. Hesab edirəm, Hizbullahın bu hərəkəti ağıllı bir seçim olardı" şəklində fikir bildirib.
Milli.Az