Dünya

Liviyada xüsusi qüvvələrin baş qərargahı ələ keçirildi

31 İyul 2014 12:18
0 Şərh     Baxış: 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şənbə günündən bəri Benqazi döyüşlərində 60 nəfər həlak olub

Liviyada günlərlə davam edən döyüşlərdən sonra islamçı yaraqlılar xüsusi qüvvələrin baş qərargahını ələ keçiriblər.

Anspress-in məlumatına görə, terrorist alyansı olan Benqazi İnqilab Şurası və ordu Benqazidə əsas hərbi bazanın ələ keçirildiyini təsdiq edib.

Vaşinqtonun terrorçu təşkilat adlandırdığı Ənsar Əl-Şəriə də döyüşlərdə iştirak edib. Facebook-da yayılan şəkillərdə hücum zamanı çoxsaylı silah ələ keçirildiyi nümayiş etdirilir.

Şənbə günündən bəri Benqazi döyüşlərində 60 nəfər həlak olub. Xüsusi qüvvələrin Reuters-ə bildirdiyinə görə, əsgərlər islamçıların güclü hücumuna müqavimət göstərə bilməyərək geri çəkiliblər.

Tripoli hava limanı yaxınlıqdakı döyüşlərə görə iki həftədən bəri bağlıdır. Rəsmilər yanacaq tankerinə atılan raketin güclü yanğına səbəb olduğunu bildirirlər.

Hava limanı uğrunda döyüşlər iyul ayının 13-dən başlayıb. Onlarla insan həlak olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.