Dünya

Cənnətdəki cəhənnəm: bu "sima"nı hələ görməyibsiniz - FOTO

31 İyul 2014 10:43
1 Şərh     Baxış: 1 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyanın Bali adası dünyanın ən məşhur, populyar kurortlarından biridir. Hər il bu kurortda yüz minlərlə turist dincəlir.

Turizm şirkətlərinin reklamlarında Bali "Yerdəki cənnət" adlandırılır. Fəqət, bu "cənnət"in reklam olunmayan, gizlədilən "cəhənnəm"i də var.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Balidəki "pasunq" adlı ruhi xəstəxanalarda 23 mindən artıq pasiyent saxlanılır.

Kiçik kameralarda yerə dəmir dirəklərə və ya çarpayılara zəncirlənən, bağlanan insanlarla sanki heyvan kimi rəftar edirlər.
 

Hər il təqribən 3 milyon turistin istirahət etdiyi Balinin hakimiyyət dairələri adanın bu iyrənc, qorxulu simasını gizlətmək üçün əlindən gələni edir.

"Pasunq"lardan birində saxlananlar arasında 33 yaşlı Kadek də var. Artıq 20 ildir ki, Kadek sağ ayağı döşəməyə zəncirlənmiş vəziyyətdə yaşayır.

Onun "müalicə" olunduğu illər ərzində sadəcə, həftədə bir dəfə atası ilə görüşməyə ixtiyarı var.
 

Həmin görüş nahardan sonra, ən uzağı 20 dəqiqə ola bilər.
 

Fotoqraf İnqetye Tadros adadakı ruhi xəstəxanaları dolaşaraq oradakı zavallıların fotolarını çəkib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.