Dünya

İki ulduz qız üstündə dalaşdı - FOTO

30 İyul 2014 16:32
0 Şərh     Baxış: 1 404
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Castin Biber ilə Orlando Blum restoranın yanında yumruqlaşıblar

Musiqi dünyasının gənc ulduzu Castin Biber ilə aktyor Orlando Blum qız üstündə dalaşıblar.

Anspress-in məlumatına görə, iki ulduz İbiza adasındakı məşhur bir restoranın çıxışında yumruqlaşıblar. Əvvəlcə onların arasında mübahisə düşüb. Orlando Blum Biberə yumruq atıb. Biber isə cavabında Bluma söyüş söyüb.

Aktyoru yaxınlığındakı yoldaşları sakitləşdirməyə çalışıblar.

Qeyd edək ki, iki məşhur ulduzun dalaşmağına səbəb sevgililəri olub. Belə ki, bir müddət öncə Blumun keçmiş həyat yoldaşı Miranda Kerr ilə Castin Biberin yaxınlaşdığı iddia olunub. Daha sonra bu ikili bir gecə klubunda səmimi şəkildə rəqs edərkən görüntülənib.

Orlando Blumun da, öz növbəsində, Biberin köhnə sevgilisi Selena Qomez ilə yaxınlaşdığı deyilirdi.

İki ulduzun məhz bu səbəblərdən dalaşdığı iddia olunur.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.