Dünya

Müharibəylə sovrulan milyonlar

30 İyul 2014 11:38
0 Şərh     Baxış: 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail hökuməti "Həmas" ilə müharibədə xərclədiyi qeyri-rəsmi rəqəmləri açıqladı

İsrailin Maliyyə Nazirliyi Qəzza zolağına nəzarət edən "Həmas"a qarşı mübarizədə "sarsılmaz qaya" əməliyyatının xərclərini açıqladı.

Anspress-in məlumatına görə, açıqlamada bildirilir ki, bu əməliyyatın bir gününə 110-150 milyon şekel (təxminən 30 milyon ABŞ dolları) xərclənir. Demək ki, müharibə gedən 20 gün ərzində artıq 3 milyard şekel xərclənib.

Maliyyə Nazirliyinin bu rəqəmi qeyri-rəsmidir: yerli jurnalistlər çox vaxt idarədə olan mənbələrinə istinad etsə də, məlumatın həqiqətə çox yaxın olması təkzibedilməzdir. Belə ki, təkcə Qəzzadan atılan raketlərə qarşı istifadə olunan "Dəmir qalxan" ("Iron Dome") raket sisteminin birinin qiyməti, 50 - 170 milyon dollar arasında dəyişir. İMQ (İsrail Müdafiə Qüvvələri) isə doqquz belə sistemdən istifadə edib. Məsələn, bu sistemdə istifadə olunan "Tamir" tipli raketin biri 30 min dollardan çox qiymətləndirilir. Bu hələ əvvəlkindən 5 dəfə artıq baha olan "Tamil"lərin ucuzlaşmış variantıdır.

Buna baxmayaraq Qəzzadan atılan raketin hədəfi vurduğu təqdirdə zərərçəkmiş hər bir insana Dövlət Sığorta Şirkəti tərəfindən ödənilən bir milyon şekeldən (təqribi 250 min dollar) az olmayaraq məbləği nəzərə alsaq, "Dəmir qalxan" İsrail hökumətinə daha sərfəli başa gəlir.

Lakin İsrail hökumətinin xərcləri bununla da bitmir. İsrail rəsmilərinin bildirdiklərinə görə, raket atışlarından dövlətə dəyən ziyan 170 milyon dollardan çoxdur. Bundan əlavə, zərərçəkmiş bölgələrdə muzdlu çalışan vətəndaşlarına da İsrail Maliyyə Nazirliyi kompensasiya ödəyir. Buna həmin ərazidə məcburi şəkildə işindən uzaqlaşan vətəndaşlar, dövlətə aid qurumların işçiləri də aiddir. Həmçinin böyük və orta biznes sahibləri də müharibə nəticəsində müştərilərini itirdikləri üçün dövlətdən öz kompensasiyalarını almaq hüququna sahibdirlər. İsrail dövləti vətəndaşlara da dəyən hər bir ziyanı öz üzərinə götürüb. Buna hətta müharibə nəticəsində məhsullarında tamamilə və ya qismən zərər çəkmiş fermerlər də aiddir.

Hər bir halda İsrailin Qəzza əməliyyatı davam edir və bundan sonrakı xərclərin nə qədər olacağını heç kim bilməsə də, ölkə iqtisadçıları narahatlıqlarını bildirirlər.

O ki qaldı Qəzza tərəfin ziyanına... yüzlərlə ev, bina, dövlət müəssisələri partladıldığı, minlərlə insanın evini-eşiyini atıb ölkə içində qaçqın həyatı yaşadığı ərazidə bu gün üçün dəyən ziyanı hesablamaq və ya hansısa rəqəm söyləməkdə iqtisadçılar çətinlik çəkirlər. Lakin vətəndaşlarına kompensasiya ödənməyən, göndərilən humanitar yardımlardan yararlanmağa çalışan bölgənin müharibə xərcləri israillilərə nisbətən daha ucuz başa gəlir. Əldə düzəlmə "Kassam" bombaları və İranda Cənubi Koreyə mütəxəssisləri tərəfindən düzəldildiyi iddia edilən raketlərin qiyməti yüz min dollar arası hesablanır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.