Dünya

Azərbaycanlı merin dəfninə 50 min insan qatıldı

29 İyul 2014 21:09
0 Şərh     Baxış: 3 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Ukraynanın Kremençuq şəhərində qətlə yetirilən şəhər meri Oleq Babayev dəfn olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, vida mərasimində 50 minə yaxın adam iştirak edib.

Oleq Babayevin tabutu üzərinə Ali Rada, Nazirlər Kabineti, Ukrayna Futbol Federasiyası, Kiyev Meriyası, və həmçinin yüzlərlə təşkilatlar tərəfindən əklil qoyulub.

Xatırladaq ki, Ukrayna Ali Radasının keçmiş azərbaycanlı deputatı, "Vorskla" futbol klubunun prezidenti, 2010-cu ildən etibarən Kremençuq şəhərinin meri vəzifəsində çalışmış Oleq Babayev iyulun 26-da qətlə yetirilib. Hadisə ilə bağlı Ukrayna Cinayət məcəlləsinin 115-ci maddəsi üzrə (qəsdən adam öldürmə) cinayət işi açılıb. İstintaq-axtarış əməliyyatları davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.