Dünya

Gürcüstan Prezidentinin müşaviri ermənilərlə gürcülər arasında insidenti müzakirə etdi

29 İyul 2014 17:35
0 Şərh     Baxış: 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gürcüstan Prezidentinin müşaviri Sopio Şamanidi Gürcüstandakı erməni kilsəsinin yepiskopu Vazgen Mirzəxanyanla görüşüb.

Prezident Administrasiyasından Trend-ə verilən məlumata görə, görüşdə tərəflər erməni kilsəsinin problemlərini və milli azlıqlarla bağlı vəziyyəti müzakirə ediblər.

Xanım S.Şamanidi yepiskopla iyulun 19-da erməni kilsəsində ermənilərlə gürcülər arasında yaşanmış insidenti də müzakirə edib.

Tərəflər zorakılığı pisləyib və istintaqın tezliklə başa çatacağına ümid etdiklərini bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.