Dünya

Azərbaycanlı merin qatilinin başına pul qoyuldu

29 İyul 2014 17:14
0 Şərh     Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Babayevin dostları mükafat pulunun yığılması üçün xüsusi fond yaradıblar

Ukraynanın Kremençuq şəhərinin meri, Azərbaycanın Gəncə şəhərində doğulmuş Oleq Babayevin qatillərinin adını söyləyənə mükafat veriləcək. Merin dostları O.Babayevi qətlə yetirən haqqında məlumat verənə 100 min qriven mükafat vəd edib.

Anspress-in məlumatına görə, merin dostları pul yığılması üçün xüsusi fond yaradıblar. "Fonda artıq 100 min qriven (8,5 min dollar) yığılıb. Tanışları zəng edir, yeni vəsaitlər hazırlayırlar ki, cinayətkarlar tapılsın", - deyə Ukraynanın xalq deputatı Yuri Şapoval bildirib.

Milisdən bildirirlər ki, Oleq Babayevin qətli sifarişli olub. Hüquq mühafizə orqanları bir neçə versiya üzərində işləyirlər. Qətl siyasi, biznes və ya məişət xarakterli ola bilər.

Xatırladaq ki, Oleq Babayev bir neçə gün qabaq evinin yaxınlığında öldürülüb. Ona 3 dəfə atəş açılıb. Atəş açan naməlum şəxs və ya şəxslər avtomobillə hadisə yerindən uzaqlaşıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ