Dünya

Hindistanda güclü zəlzələ

29 İyul 2014 19:39
0 Şərh     Baxış: 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu barədə Hindistan Meteorologiya Departamentindən bildirilib

Hindistanın şərq sahilində 5,5 bal gücündə zəlzələ baş verib.

Anspress-in məlumatına görə, yeraltı təkanlardan sonra bölgədə sunami təhlükəsi elan edilməyib. Zəlzələ Andaman və Nikobar adaları ərazində, Hind okeanının Benqal körfəzinin cənub-şərq hissəsində daha çox hiss olunub.

Qeyd edək ki, bu barədə Hindistan Meteorologiya Departamentindən bildirilib.

Zəlzələnin episentri Andaman və Nikobar adalarının paytaxtlarından 350 kilometr şimalda qeydə alınıb. Təkanlar Benqal körfəzində 50 kilometr dərinlikdə qeyd alınıb.

Qeyd edək ki, rəsmi orqanlardan zəlzələnin fəsadları və insan ölümü barədə heç bir məlumat verilməyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ