Dünya

ABŞ Ukraynaya 7 milyon dollar maliyyə yardımı edəcək

29 İyul 2014 18:58
0 Şərh     Baxış: 355
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ Ukraynanın hərbi əməliyyatlardan zərər çəkmiş Donbas regionuna 7 milyon dollar maliyyə yardımı ayıracaq.

APA-nın "Ukrinform"-a istinadən verdiyi xəbərə görə, Ağ Evə istinadən verilən məlumatda bildirilir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Co Bayden Ukraynanın baş naziri Arseniy Yatsenyuk ilə telefon söhbətində deyib.

Bu vəsait Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Şərqi Ukraynada əhaliyə tibbi yardım, içməli su ilə təminat və kiçik bərpa layihələrinə ayrılacaq.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Ukraynadakı səfirliyi Donbas sakinlərinin ən vacib ehtiyaclarını təmin etmək üçün 50 000 ABŞ dolları dəyərində yardım etmişdi.


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.