Dünya

Türkiyədə yanacaq daşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 20-yə çatıb

29 İyul 2014 16:05
0 Şərh     Baxış: 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyənin Diyarbəkir vilayətində yanacaq daşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 20-yə çatıb. Bu barədə Trend "CNN Turk" telekanalına istinadən məlumat verir.


Qeyd edək ki, iyulun 22-də gecə saatlarında Diyarbəkir-Bingöl yolunda yanacaq daşıyan maşın aşaraq partlayıb. Partlayış zamanı yaxınlıqdakı şəhərlərarası avtobusun və minik avtomobillərinin sərnişinləri xəsarət alıblar. İlkin məlumata görə, yanacaq daşıyan avtomobilin sürücüsü idarəetrməni itirib və maşın aşaraq yolu bağlayıb.
 

Avtobusun sərnişinləri köməyə tələsən zaman partlayış baş verib və yola tökülmüş yanacaq alışıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 69 nəfər xəsarət alıb.

Bu gün isə ölənlərin sayı 20 nəfərə çatıb. 50 nəfər hələ də xəstəxanalarda müalicəsini davam etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.