Dünya

Jirinovski və Zyuqanov beynəlxalq axtarışa verilə bilər

29 İyul 2014 15:28
0 Şərh     Baxış: 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ukrayna Daxili İşlər Nazirliyi Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski və Rusiya Kommunist Partiyasının ( RKP) sədri Gennadi Zyuqanovu beynəlxalq axtarışa vermək niyyətindədir.


APA-nın məlumatına görə, bu barədə Ukraynanın "ICTV" telekanalının efirində daxili işlər nazirinin müşaviri Anton Qeraşenko bildirib.

"Biz bu insanların heç olmasa istirahətə belə Avropa İttifaqına buraxılmamasına nail olmaq istəyirik. Qoy Qütb dairəsi və Çukotkada istirahət etsinlər", - deyə A.Qeraşenko bildirib.

Ukrayna DİN rəhbərinin müşaviri habelə əlavə edib ki, Rusiya müdafiə naziri Sergey Şoyquya qarşı materialların toplanılması hazırda müzakirə edilir.

Qeyd edək ki, adları qeyd edilən rusiyalı məmurlar Ukraynanın şərqində silahlılara yardım göstərilməsində və onların fəaliyyətini maliyyələşdirməkdə ittiham olunurlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.