Dünya

Selfi çəkərkən ildırım düşdü - VİDEO

29 İyul 2014 13:49
0 Şərh     Baxış: 1 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tətildə son fotolarını çəkmək istəyən cütlük ölümdən qayıdıb

Meksikada maraqlı hadisə baş verib.

Anspress-in məlumatına görə, tətilə çıxan cütlük selfi çəkərkən yaxınlıqlarına ildırım düşüb. Gəzintilərini bir foto ilə ölümsüzləşdirmək istəyən gənclər ildırımın düşməsi ilə özlərini itiriblər.

Daha sonra çəkdikləri görüntünü sosial şəbəkəyə yerləşdirən cütlük bu video ilə hər kəsi heyrətləndirib.

Luis Morales Fukutake adlı oğlan görüntünün altında şərh yazaraq hadisə bərəsində danışıb:

"Gəzintiyə çıxmışdıq. Qasırğa xəbərdarlığı edildikdən sonra dənizdən çıxdıq. Bölgədən ayrılmazdan son bir kadr çəkmək istədik. Təbiətdəki bu qeyri-adi anları bir selfi ilə ölümsüzləşdirmək istəyərkən birdən ildırım çaxdı. Bəxtimiz gətirdi ki, ildırım üzərimizə yox, arxamıza düşdü".

Qeyd edək ki, bu görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.