Bu gün Gürcüstan prokurorluğu sabiq prezident Mixeil Saakaşviliyə qarşı rəsmi ittiham irəli sürüb. İttihamın elan edilməsində sabiq prezidentin vəkili Otar Kaxidze iştirak edib.
Trend-in məlumatına görə, prokurorluq elə bu gün məhkəməyə onun barəsində həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı xahişlə müraciət edəcək.
Analoji prosedur Gürcüstanın hüdudlarından kənarda olan sabiq müdafiə naziri David Kezeraşvili və sabiq ədliyyə naziri Zurab Adeişviliyə qarşı da aparılacaq.
Sabiq daxili işlər naziri Vano Merabişvili və Tbilisinin sabiq meri Qiqi Uqulavaya gəldikdə, artıq onlara olduqları həbsxanada ittiham irəli sürülüb.
Qeyd edək ki, Gürcüstanın sabiq dövlət başçısı Mixeil Saakaşvili 2007-ci il noyabrın 7-də dinc aksiyanın qeyri-qanuni dağıdılmasında, "İmedi" teleşirkətinin mənimsənilməsində və biznesmen Badri Patarkatsişvilinin əmlakının qeyri-qanuni mənimsənilməsində ittiham olunur.
Prokurorluq hesab edir ki, M.Saakaşvili hər üç ittiham üzrə sabiq daxili işlər naziri Vano Merabişvili, keçmiş müdafiə naziri David Kezeraşvili, Tbilisinin sabiq meri Qiqi Uqulava, Baço və Dato Axalaya qardaşları və həmin dövrdəki digər məmurlarla birgə cavab verməlidir.
Prokurorluq M.Saakaşvilini bu üç cinayətin həyata keçməsi üçün bilavasitə əmr verməkdə ittiham edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Sığorta ödənişinin verilməsi qaydasında dəyişiklik edildi
- "Şöhrətim məndən balamı aldı" - FOTO
- Tokayev “soyqırımı” abidəsini ziyarətdən imtina etdi
- Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb
- Daha bir prospektdə velosiped yolu salınır
- Azərbaycan millisində 20 futbolçu
- Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
- Prezident: Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik
- Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
- İlham Əliyev: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib
- "Tesla" bu ölkələrdə ucuzlaşdı
- Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir
- Pendirdən imtina etməyin 4 əsas səbəbi
- Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
- Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
- Azərbaycanda 45 yaşlı kişi 23 yaşlı qızı qaçırdı - FOTO
- Azərbaycanda şirkət 20 min, vəzifəli şəxs 3 500 manat cərimələndi
- İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
- Nazirdən Nəzrinlə Mərdana hədiyyə - FOTO
- Yaşadığı ünvandan 51 kiloqram aşkarlandı - FOTO
- Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək real görünür
- “Damla onunla evlidir, etiraf edəcək" - FOTO
- İlham Əliyev: Ermənistan Naxçıvan MR ilə yol əlaqəsini qurmaq imkanını bloklayır
- Azərbaycanın xarici dövlət borcu açıqlandı