Dünya

Netanyahudan qəti qərar

29 İyul 2014 09:41
0 Şərh     Baxış: 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Onları tamamilə yox etmədən bu döyüşü başa çatdırmayacağıq"

İsrail hökuməti Qəzzada keçirilən quru əməliyyatlarının genişləndiriləcəyini açıqlayıb.

Anspress-in məlumatına görə, İsrail baş naziri Binyamin Netanyahu ölkənin müdafiə naziri və baş qərargah rəisi ilə mətbuat toplantısı keçirib. Jurnalistlərlə görüşdə quru əməliyyatlarından söz açan Netanyahu ilk növbədə, məqsədlərinin tunelləri təsirsiz hala gətirmək və Qəzzadakı döyüşçüləri təmizləmək olduğunu bildirib.

"Çətin bir döyüş içərisindəyik. Qarşımızda çox tərs düşmən var və biz onları tamamilə yox etmədən bu döyüşləri başa çatdırmayacağıq", - deyə baş nazir kəskin fikir söyləyib.

Müdafiə naziri Moşe Yalon isə ordunun bundan sonra daha dözümlü və səbirli olmasının vacibliyini vurğulayaraq, qarşıdakı günlərdə HƏMAS-a qarşı əməliyyatların genişləndiriləcəyini dilə gətirib.

Baş qərargah rəisi də baş nazirin sözünə qüvvət oaraq bildirib ki, Qəzza sərhədindəki tunellər yox ediləcək. "Qəzzadakı dinc sakinlərdən, vətəndaşlardan HƏMAS-ın tunellərinə yaxın yerlərdən uzaqlaşmalarını tələb edirik. Bu əməliyyatı davam etmək məcburiyyətindəyik", - deyə baş qərargah rəisi sözlərinə əlavə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.