Dünya

Yunanlardan Qəzzaya böyük yardım

29 İyul 2014 10:21
0 Şərh     Baxış: 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanlar 30 min qutu dərman veriblər

Yunanıstanda yardım məqsədilə təşkil edilən konsertdə Qəzza üçün xeyli dərman toplanılıb.

Anspress-in məlumatına görə, paytaxt Afinanın Sintaqma meydanında keçirilən konsert məkanında Qəzzaya kömək məqsədli qoyulan masaya yunanların axını olub. Masa arxasında duran nümayəndələrə vətəndaşlar öz imkanları ilə satın aldıqları təxminən 30 min qutu dərman veriblər.

Yardım aksiyasında iştirak edən fələstinli Avad Xəlil yunanlara öz təşəkkürünü bildirib. O, həmçinin bu qədər kömək göstəriləcəyini gözləmədiyini də qeyd edib. Onlar hazırda dərmanların necə göndəriləcəyi barədə düşünürlər.

Qeyd edək ki, son məlumatlara əsasən, İsrailin Qəzza sektorunda apardığı hərbi əməliyyatlar zamanı ölən fələstinlilərin sayı 1067-yə çatıb, çox sayda yaralı var.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.