Dünya

Fransa xristian qaçqınlara qucaq açır

29 İyul 2014 11:40
0 Şərh     Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu barədə nazirlər mətbuat konfransında bəyan ediblər

Fransa ağır döyüşlərin getdiyi Suriyadan və son günlər radikal qüvvələrin yaratdıqları qarşıdurma nəticəsində gərgin vəziyyətin yarandığı İraqdan olan xristian qaçqınlara sığınacaq verməyi qərara alıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, bu barədə ölkənin xarici və daxili işlər nazirləri keçirdikləri mətbuat konfransında bəyan ediblər.

Hər iki nazir həyatları üçün yaranan təhlükəyə görə uzun illər yaşadıqları İraqı və Suriyanı tərk edən minlərlə xristian qaçqına humanitar yardımın göstərilməsinin vacibliyini qeyd edib.

Onlar bildiriblər ki, əgər qaçqınlar arzu edərlərsə, Fransa onlara sığınacaq verməyə və hər cür yardım göstərməyə hazırdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.