Dünya

Öldürülən azərbaycanlı mer bu gün dəfn olunacaq

29 İyul 2014 09:51
0 Şərh     Baxış: 1 461
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vida mərasimi mədəniyyət sarayında saat 10:00-dan 12:00-dək davam edəcək

Naməlum şəxslər tərəfindən qətlə yetirilən Kremençuk şəhərinin əslən azərbaycanlı olan meri Oleq Babayev bu gün dəfn olunacaq.

Anspress-in məlumatına görə, bu barədə xəbəri Kremençuk şəhər merinin səlahiyyətlərini müvəqqəti icra edən Viktor Kalaşnik çatdırıb.

"Mərhumla vida mərasimi mədəniyyət sarayında saat 10:00-dan 12:00-dək davam edəcək", - deyə V. Kalaşnik bildirib.

Xatırladaq ki, Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinin meri Oleq Babayev 26 iyulda səhər saat 10:00-da evinin qarşısında güllələnib. 3 güllə yarası alan mer yerindəcə keçinib.

O.Babayev 21 oktyabr 1965-ci ildə Kursk şəhərində doğulub. Onun atası əslən Gəncə şəhərindən olub.

1990-cı ilin dekabrdan Ukrayna vətəndaşı olub. O, Almaniyadan gətirilən avtomobillərin satışı, dəri emalı biznesi ilə məşğul olub.

O.Babayevin idman karyerası da olub. O cüdo üzrə idman ustası, 2003-cü ilin oktyabrından "Kremen", 2005-ci ilin aprelindən isə "Vorskla" futbol klublarının prezidenti idi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.