Dünya

İŞİD-ə İsraildən gözlənilməz zərbə

29 İyul 2014 10:02
1 Şərh     Baxış: 1 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail İŞİD üzvlərini öldürdü

İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına biyət etmiş Ənsar Beytil Maqdis Camaatının üzvləri İsrail ordusu tərəfindən öldürülüb.

Anspress-in məlumatına görə, keçmiş adı İraq Şam İslam Dövləti (İŞİD), yeni adı ilə isə İslam Dövləti (İD) olaraq dünyaya səs salan terror qruplaşması İsraildən gözlənilməz zərbə alıb. Belə ki, İŞİD-ə biyət etmiş Ənsar Beytil Maqdis Camaatından verilən açıqlamada, Sina ərazisində avtomobillə gedən 3 döyüşçünün İsrail ordusunun pilotsuz təyyarələri ilə vurulduğu bildirilir.

Öldürülənlərin adlarının Xalid Süleyman, Ridvan Süleyman və Hilmi Avdə olduğu deyilir.

Qeyd edək ki, baş verən bu hadisədən sonra Ənsar Beytil Maqdis Camaatı İsrail ərazisinə onlarla raket atıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.