Rusiya Federasiyasının prezidenti Ramazan bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib.Prezident müsəlmanların ölkədəki rolundan söz açıb
Anspress-in məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Ramazan bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edərkən, müsəlmanların gələcək nəslin tərbiyəsinə, xeyriyyəçilik və maarifçiliyə verdiyi töhfələri xüsusi olaraq vurğulayıb.
"Rusiyanın müsəlman icması ölkənin həyatında fəal şəkildə iştirak edir, dinlərarası dialoqun inkişafına, gələcək nəslin tərbiyəsinə, xeyriyyəçilik və maarifçiliyə, eləcə də zəngin milli mədəni və mənəvi irsinin qorunub-saxlanmasına mühüm tövhə verir", - deyə prezidentin təbrik müraciətində bildirilir.
Qeyd edək ki, Rusiya ərazisində 18 milyondan çox müsəlman yaşayır.
Milli.Az