Dünya

Məşhur müğənni Fələstini dəstəklədi və... - FOTO

29 İyul 2014 11:31
1 Şərh     Baxış: 1 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın və dünyanın məşhur "One Direction" pop-qrupunun solistlərindən biri, 21 yaşlı Zeyn Malikin dünən Twitter-dəki profilində paylaşdığı tvit çox böyük reaksiya doğurub.
 

Milli.Az The Guardian-a istinadən bildirir ki, Fələstinə dəstək məqsədilə "#FreePalestine" yazmış Malikin bu tviti 190 min dəfə bəyənilib, 191 min dəfə paylaşıb.
 

Fəqət, İsrail vətəndaşları və yəhudilər, habelə dünyanın müxtəlif ölkələrində yaşayan İsrail tərəfdarları Malikin tvitini qətiyyətlə pisləyiblər.


İngiltərənin Yorkşir şəhərində yaşayan Zeyn Malik "Little Mix"in ulduzu Perri Edvardsla evlidir.

Zeyn Malikə sinirlənən İsrail tərəfdarları ona "Özünü öldür!", "Səni öldürəcəyəm!" və s. yazıblar.

Ən "mədəni" şərh isə belədir: "İndiyədək sənin pərəstişkarındım. Bundan sonra isə yox..."


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.