Dünya

Facebook-dakı status şəhəri qarışdırdı, 3 nəfər yandırıldı - FOTO

29 İyul 2014 10:43
1 Şərh     Baxış: 1 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanda Facebook sosial şəbəkəsində yazılmış bir status Qujranvala şəhərində iğtişaşlara və toqquşmalara səbəb olub.
 

Milli.Az The Huffington Post-a istinadən bildirir ki, "əhmədiyyə" təriqətindən olan Sahib adlı şəxs Facebook-dakı profilində Hz.Məhəmməddən (s.ə.s) sonra peyğəmbərin gələcəyini bildirib.
 

Bu isə yerli müsəlmanları sinirləndirib.

Minlərlə yerli vətəndaş polis idarəsinə hücum çəkərək Sahibin həbsini tələb edib. Rədd cavabı alanda kütlə Sahibin yaşadığı evə yollanıb.

Bir qədər sonra kütlə Sahibin şəhərdəki digər "əhmədi"nin, həkimin evində olduğunu bilib və oraya yollanıb. Sakinlər evi mühasirəyə alanda binadakı Sahib və onun həkim dostu atəş açıblar.
 

Kütlə də həkimin evini və qonşuluqda "əhmədi"lərin yaşadıqları daha 4 binanı yandırıblar.

Polis hadisə yerində olsa da, kütlənin qarşısını almayıb.

Yanğın zamanı bir qadın və onun iki nəvəsi - 5 yaşlı və 8 aylıq qız - həlak olub.
 

19-cu əsrien sonlarında Hindistanda yaranmış "əhmədiyyə" təriqəti İslam, xristianlıq və hinduizmin qarışığıdır. Bu təriqətin banisi Mirzə Qulam Əhməd özünü bütün "müsəlman peyğəmbərlər, İsa Məsih və Krişnanın təcəssümü" adlandırırdı.
 

1984-cü ildə Pakistanda qəbul olunmuş qanuna görə, "əhmədiyyə" mənsublarına özlərini müsəlman adlandırmaq yasaqlanıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.