Dünya

Lavrov ABŞ-ı yalan danışmaqda ittiham etdi

28 İyul 2014 17:16
0 Şərh     Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya XİN Ukrayna sərhədinə raket atmalarına dair iddiaları təkzib edib

Rusiyanın xarici işlər naziri Serqey Lavrov Amerika Birləşmiş Ştatlarının Rusiyadan Ukraynanın şərqinə raketlərin atılmasına dair iddialarını təkzib edib.

Anspress-in məlumatına görə, Lavrov keçirdiyi mətbuat konfransında bildirib ki, əgər bu, doğrudursa, niyə ABŞ-ın bu iddialara dair peyk şəkillərini yayması, iddialar ortaya atıldıqdan 10 gün sonra baş verdi?

"Biz yaxın günlərdə ATƏT müşahidəçilərinin Rusiya-Ukrayna sərhədindəki Donetsk-Qukovo ərazisinə gəlməsini gözləyirik. Mən Con Kerridən bu razılaşmanın həyata keçməsinə əngəl törətməməyi xahiş etdim. Ümid edirəm ki, bu, Ukrayna tərəfində döyüşçülərin nəzarəti altında olan sərhəd məntəqələrinə dair, Rusiyadan Ukraynaya silah-sursat və hərbçilərin cəlb edilməsinə dair mütəmadi olaraq bizim üzərimizə qoyulan şübhələrin aradan qaldırılmasına kömək edəcək", - Lavrov bildirib.

ABŞ-ın Dövlət Departamenti Rusiyadan Ukraynaya atılan raketlərin buraxdığı izi əks etdirən peyk şəkilləri yayıb. ABŞ-ın iddialarına dair şəkillər 4-səhifəlik sənədə əlavə edilib. Amerika rəsmiləri raketlərin 21 iyul və 26 iyulda, eləcə də "Malayziya Hava Yolları"na məxsus təyyarənin vurulduğu 17 iyulda çəkildiyini iddia edirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ