Dünya

Saakaşvili 8 ilədək azadlıqdan məhrum edilə bilər

28 İyul 2014 16:04
Baxış: 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gürcüstan prokurorluğu ölkənin sabiq Prezidenti Mixeil Saakaşvili barəsində cinayət işi qaldırıb.

Trend-in məlumatına görə, keçmiş dövlət başçısı 2007-ci il noyabrın 7-də dinc aksiyanın qeyri-qanuni dağıdılmasında, "İmedi" teleşirkətinin mənimsənilməsində və biznesmen Badri Patarkatsişvilinin əmlakının qeyri-qanuni mənimsənilməsində ittiham olunur.
 

Prokurorluq hesab edir ki, M.Saakaşvili hər üç ittiham üzrə sabiq daxili işlər naziri Vano Merabişvili, keçmiş müdafiə naziri David Kezeraşvili, Tbilisinin sabiq meri Qiqi Uqulava, Baço Dato Axalaya qardaşları və həmin dövrdəki digər məmurlarla birgə cavab verməlidir.
 

Prokurorluq M.Saakaşvilini bu üç cinayətin həyata keçməsi üçün bilavasitə əmr verməkdə ittiham edir.

Əgər qaldırılan ittihamlar üzrə onun günahı sübuta yetirilsə, sabiq dövlət başçısını 5 ildən 8 ilədək həbsxana həyatı gözləyir.

Qeyd edək ki, M.Saakaşvili istintaqa gəlməkdən bir neçə dəfə boyun qaçırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.