Dünya

Rusiyaya 50 milyardlıq zərbə

28 İyul 2014 15:26
0 Şərh     Baxış: 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Haaqa məhkəməsinin YUKOS səhmdarlarının iddiası üzrə qərarı açıqlanıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə YUKOS-un səhmdarlarına 50 mlrd. dollar məbləğində təzminat ödənilməlidir.

Haaqa məhkəməsinin qərarında qeyd olunur ki, Rusiya hökuməti Enerji Xartiyasını pozub və YUKOS-un aktivlərini qəyri-qanuni şəkildə mənimsəyib.

Məhkəmənin qərarı iyulun 18-də qəbul olunsa da, məhkəmənin saytında yalnız 10 gün sonra yerləşdirilib.

Eyni zamanda məlum olub ki, YUKOS-un keçmiş səhmdarları Rusiyaya qarşı iddialarının haqlarının satıla biləcəyini istisna etmirlər.

Öz növbəsində, Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Rusiya bu məsələdə öz maraqlarını qorumaq üçün bütün hüquqi imkanlardan istifadə edəcək. Apellyasiya vermək üçün Rusiyanın 10 gün vaxtı var.

Qeyd edək ki, Haaqa məhkəməsinin qərarına əsasən, Rusiya YUKOS səhmdarlarına 50 mlrd. dolları 2015-ci ilin yanvarın 15-dək verməlidir. Əks halda həmin məbləğə faiz hesablanması proseduru işə düşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.