Dünya

İsrail ordusu Qəzzada əməliyyatlara ara verib

28 İyul 2014 15:00
0 Şərh     Baxış: 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ və BMT-nin xəbərdarlığından sonra İsrail ordusu Qəzzada hücum əməliyyatlarına ara verib.

APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə İsrail ordusunun qərargahından bildirilib.

1000-dən çox insanın həlak olduğu müharibənin 21-ci günündə artan beynəlxalq təzyiqlər İsrail tərəfindən nəzərə alınsa da, İsrail rəsmiləri ancaq HƏMAS-ın həmlələrinə cavab verəcəklərini bəyan ediblər.

Qeyd olunur ki, bu gün səhər saatlarında HƏMAS tərəfdən İsrailin Aşkelon şəhərinə bir raket atılıb. İsrail rəsmilərinin sözlərinə görə, hava əməliyyatları səngisə də, tərəflər quruda manevrlərin dayandırılması ilə bağlı yekun razılığa gələ bilməyib.

İsrail ordusu HƏMAS-a aid tunelləri partlatmağı davam etdirdiyinə görə, HƏMAS bundan əvvəlki atəşkəs razılaşmasını pozmuşdu. Lakin ötən gün təşkilatın yaydığı bəyanatda Ramazan bayramı ilə əlaqədar atəşkəs təklif olunub.


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.