Dünya

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirəcək

28 İyul 2014 14:54
0 Şərh     Baxış: 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirməyi planlaşdırır.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Tokioda keçirdiyi mətbuat konfransında Yaponiyanın nazirlər kabinetinin baş katibi Yosixide Suqa deyib.

Onun sözlərinə görə, Ukraynadakı vəziyyətin gərginləşməsi üzündən Yaponiya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək. Yaponiya hökumətinin baş katibi qeyd edib ki, yeni sanksiyalar paketi Ukraynada sabitliyin pozulmasına dəstək olmuş şəxslərin və təşkilatların hesablarının dondurulmasını, həmçinin Krımda istehsal olunan mallara qadağanı nəzərdə tutacaq.

Qeyd edək ki, Yaponiyanın Rusiyaya qarşı ilk sanksiyalar paketi martın 18-də qüvvəyə minib. Həmin sanksiyalara görə, Rusiya ilə viza rejiminin sadələşdirilməsi və qarşılıqlı investisiyalarla bağlı aparılan danışıqlar dondurulub. İyulun 24-də isə Rusiyanın rəsmi qurumlarını təmsil edən 23 məmura viza verilməsi müvəqqəti olaraq dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.