Dünya

Baş nazir Gürcüstanda yaşayan müsəlmanları təbrik etdi

28 İyul 2014 14:47
0 Şərh     Baxış: 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkədə yaşayan müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib. Bu barədə Trend Baş nazirin mətbuat xidmətinə istinadən məlumat verir.

Təbrikdə deyilir: "Ramazan ayı başa çatdı. Bu müqəddəs ayın hər bir müsəlman üçün nə qədər vacib olduğunu bilirəm. Bilirəm ki, siz bu müddət ərzində xüsusi şövqlə ayinləri yerinə yetirir, ehtiyacı olanlara, xəstələrə, kimsəsiz uşaqlara kömək edirsiniz və bu, böyük mərhəmətdir".
 

Baş nazirin sözlərinə görə, Gürcüstanda yaşayan müsəlmanlar təkcə dövlətin ayrılmaz hissəsi deyil, eyni zamanda İslam dünyası ilə körpü rolunu oynayır ki, bu da qloballaşma şəraitində xüsusi əhəmiyyət kəsb edir.
 

İ.Qaribaşvili təbrikdə qeyd edib: "Bizim hökumətimiz üçün dini dözümlülük, tolerantlıq çox vacibdur. Dini məsələlərlə bağlı dövlət siyasətimiz fundamental dəyərlər kimi dini azadlığın və dözümlülüyün tanınmasına xidmət edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.