Dünya

Ukraynada hərbi münaqişə nəticəsində 1129 dinc sakin həlak olub, 3442 nəfər yaralanıb

28 İyul 2014 14:41
0 Şərh     Baxış: 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aprelin ortalarından Ukraynada hərbi münaqişə nəticəsində 1129 dinc sakin həlak olub.


APA-nın məlumatına görə, bu haqda BMT-nin insan haqları üzrə Ali komissarı idarəsi tərəfindən hazırlanan xüsusi hesabatda deyilir.

Ukraynada insan haqları sahəsindəki duruma həsr olunmuş hesabatda qeyd olunub ki, münaqişə nəticəsində dinc əhali arasında itkilərin dəqiq sayını öyrənmək mümkün deyil. Lakin BMT-nin insan haqları komissarlığı və Ümumdünya Səhiyyə Təşkilatı missiyası tərəfindən təqdim olunan məlumata əsasən, aprelin ortalarından iyulun 26-dək Ukraynada 1129 nəfər dinc sakin ölüb, 3442 nəfər yaralanıb.

Ukraynanın şərqində 100 mindən çox insan məcburi köçkün olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.