Dünya

Liviyada 61 nəfər öldürüldü

28 İyul 2014 20:56
0 Şərh     Baxış: 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son 24 saat ərzində Liviyada 61 adam öldürülüb. Beləliklə, son iki həftə ərzində ölənlərin sayı 150-yə yaxınlaşır.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Liviyanın Benqazi şəhərində hökumət qüvvələri ilə islamçı yaraqlılar arasında qarşıdurma nəticəsində 38 adam öldürülüb.

Misirin dövlət mediasının bildirdiyinə görə, paytaxt Tripolidə raketin evə düşməsi nəticəsində 23 misirli həlak olub.

Liviya 2011-ci ildə Müəmmar Qəzzafinin devrilməsindən sonra ən ağır zorakılıqlarla üzləşib.

BMT, ABŞ və Türkiyə diplomatik heyətlərini o ölkədən çıxarıb.

ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, Liviyanın milis dəstələri arasında qarşıdurmaya görə ABŞ-ın Liviyadakı vətəndaşlarına ölkəni tərk etmək xəbərdarlığı verilib.

Dövlət Departamenti Liviyada vəziyyətin qeyri-sabit olduğunu bildirib.

ABŞ dövlət katibi Con Kerri deyib ki, zorakılıqlar səfirliyi hədəf almasa da, işçilərin real risklə üzləşib.

Türkiyənin Xarici İşlər Nazirliyi Tripolidəki diplomatik missiyasının dayandırıldığını və 500 nəfər Türkiyə vətəndaşının Tunisə köçürüldüyünü bəyan edib.

Son həftələr Tripolinin hava limanının nəzarəti uğrunda rəqib qruplaşmalar arasında döyüşlər şiddətlənib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.