Dünya

BMT: Malayziya təyyarəsi Şərqi Ukrayna səmasında vurulub

28 İyul 2014 14:21
0 Şərh     Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Malayziya Hava Yolları"na məxsus sərnişin təyyarəsi hazırda hökumət qüvvələri və separatçılar arasında döyüşlərin getdiyi Şərqi Ukrayna səmasında vurulub ki, bu da hərbi cinayət kimi qiymətləndirilə bilər.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Navanethem Pilley deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyəti nəzərə alsaq, beynəlxalq hüququn bu cür pozulması hərbi cinayət kimi qiymətləndirilə bilər:

"Dəqiq və müstəqil araşdırma aparmağa çağırıram".

Qeyd edək ki, Amsterdamdan Kuala-Lumpura reys həyata keçirən "Boeing 777" təyyarəsinin vurulması nəticəsində 298 sərnişin həlak olub. Sərnişinlərdən 194-ü Niderland vətəndaşı olub. Təyyarə Donetsk vilayətində yerə düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.