Dünya

279 nəfəri çirkli tuman xilas etdi

28 İyul 2014 13:05
2 Şərh     Baxış: 1 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq "Əl Qaida" terror təşkilatının mənsubu Ömər Əbdülmütəllibin hazırladığı terror partlayışının baş tutmasına onun çirkli tumanı mane olub.

ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) ekspertlərinin dediklərinə görə, terrorçu təmizkar olsaydı, partlayış mütləq yaşanacaqdı.
 

Milli.Az ABC-yə istinadən bildirir ki, "Northwest Airlines" aviaşirkətinin Hollandiyanın paytaxtı Amsterdamdan ABŞ-ın Miçiqan ştatındakı Detroyt şəhərinə uçan təyyarəsinin 279 sərnişini arasında Ömər Əbdülmütəllib də vardı.
 

ABŞ Nəqliyyatda Təhlükəsizlik Agentliyinin (TSA) yetkilisi Con Pistolun dediyinə görə, 25 yaşlı "Əl Qaida" mənsubu reysə bilet almazdan iki həftə əvvəl belinə doladığı qurşağa partladıcı maddələr yerləşdirmişdi. Onun tumanında da partladıcı maddə vardı.

Ömər Əbdülmütəllib təyyarəyə minənədək tumanını dəyişdirməyib.
 

"Airbus 330" təyyarəsinə minəndən sonra Ö.Əbdülmütəllib ayaqyoluna yönəlib. 20 dəqiqə ayaqyolunda qalandan sonra o, yerinə qayıdıb.

Az sonra sərnişinlərdən biri təyyarədə pis qoxu hiss edib. O, Ö.Əbdülmütəllibin şalvarı ilə oturacağın sağ tərəfinin yanmağa başladığını görüb.

Sərnişinlərdən biri, hollandiyalı rejissor Yesper Şurinqa bunu görəndə Ö.Əbdülmütəllibin üstünə atılıb və onu söndürməyə başlayıb.
 

Ayaqları yanmış Əbdülmütəllibi stüardessalar ön kabinə aparıblar və orada da Ömərin qurşağı ilə tumanında partladıcı maddə olduğu aşkarlanıb.

"Tuman terrorçusu" kimi tanınan Ömər Əbdülmütəllib ömürlük həbs cəzası alıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.