Dünya

Erməni alimlər Sarkisyana qarşı üsyana başladılar

28 İyul 2014 13:09
0 Şərh     Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ermənistanda adi əhali ilə yanaşı, elm xadimlərinin də ölkə rəhbəri Serj Sarkisyana qarşı etirazı artmaqdadır. Ölkənin düşünən beyinləri düşünmək qabiliyyətini itrimək üzrədirlər.

Milli.Az bildirir ki, bu yaxınlarda Ermənistan elmi icması prezident Serj Sarkisyana açıq məktub ünvanlayıb. Məktub magaghat.am informasiya saytında dərc edilib.

Prezidentə müraciət edən alimlər səbrlərinin son həddinə çatdıqlarını bildiriblər. Onlar ilk tələb olaraq maaşlarının artırılmasını, vəd edilən işlər və layihələrin həyata keçirilməsini tələb ediblər. Normal həyat şəraiti üçün pula ehtiyacları olduğunu yazıblar. Eyni zamanda, layihələri həyata keçirmək üçün yeni elmi qurumların təsis olunmasını, təqaüdə çıxan elmi işçilərə normal təqaüd təmin edilməsini istəyiblər. Bunlar təmin edilməsə, alimlər daha səbr edə bilməyəcəklərini açıq şəkildə bəyan ediblər. 

Onların sözlərinə görə, ÜDM-dən elm sahəsinə ayrılan vəsait 0.25%-dən 1%-ə qaldırılmalıdır. 2015-ci il büdcəsində alimlərin maaşı indikinin iki misli qədər artırılmalıdır. Texniki və elmi qanunlar qəbul olunmalıdır. Bunlar baş tutarsa, ölkənin elmi inkişafından danışmaq olar, əks halda elmdən söhbət açmağa dəyməz. Alimlərin ən başlıca istəyi isə maaşların artımı və bunun arxasında gizlənən yaxşı həyat istəyidir.

Sarkisyan rejimi ölkənin alim təbəqəsini acından öldürməklə insanları cahil kütləyə çevirmək istəyir. İllərdir davam edən bu tendensiya nəticədə ölkədə "Sarkisyan imperiyası və onun qullarının" yaranmasına səbəb olub. Amma vəziyyət dəyişəcək kimi görünür. Alimlər gözlərinə üfürülən küllərə inanmırlar daha. Onların yuxarıda qeyd olunan tələbləri Sarkisyanı vəziyyəti yenidən təhlil etməyə sürükləyəcək.

Müşviq Mehdiyev
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.