Dünya

Fransızlar Yerevanda dəhşət yaşadılar

28 İyul 2014 12:12
0 Şərh     Baxış: 1 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Parisdən Yerevana uçan "Air France" hava şirkətinə məxsus təyyarə "Zvartnos" hava limanında qəzadan son anda qurtula bilib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hava limanına eniş zamanı təyyarə sol tərəfə güclü şəkildə əyilib, şassi uçuş zolağına toxunub və pilotlar ilk cəhddə uğurlu eniş edə bilməyiblər. Bu səbəbdən hava limanı ətrafında ikinci dəfə fırlanan təyyarə bir anda yüksəkliyə qalxıb.

Məlumata görə, təyyarənin sol qanadı da uçuş zolağına toxunub. Ancaq zərbə güclü olmayıb. Bu zaman təyyarənin içində panika yaranıb, sərnişinlər qışqırıblar. Göyərtədə çoxlu uşağın olduğu bildirilir. Sərnişinlərdən birinin dediyinə görə, bu zaman heç kim onlara heç nə izah etməyib. Yalnız sərnişinlərdən birinin müdaxiləsindən sonra pilot deyib ki, xırda anlaşılmazlıq baş verib.

Nəticədə təyyarə hava limanı üzərində 40 dəqiqə dövrə vurub, bu zaman da ciddi silkələnmə olub. Sərnişinlərdən birinin sözlərinə görə, təkrar eniş zamanı təyyarə sanki üzürmüş. Bu zaman qadın sərnişinlərdən birinin ürəyi gedib. Ona yardım üçün həkim briqadası çağırılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.