Dünya

Minlərlə müsəlman məscidlərə axışaraq onlar üçün dua etdi

28 İyul 2014 11:44
0 Şərh     Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İndoneziya və Malayziyada sülh üçün dualar edilib
Asiyanın ən böyük müsəlman ölkələrindən olan İndoneziya və Malayziyada müsəlmanlar Ramazan ayının son gününə təsadüf edən Fitrə çıxarmanı qeyd ediblər.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, İndoneziyanın paytaxtı Cakartada müsəlmanlar İstiqlal məscidinə axışıblar. Müsəlman dünyasında, xüsusən də Qəzza zolağında sülh və əmin-amanlıq üçün dualar edilib.

Malayziyanın paytaxtı Kuala-Lumpurda da müsəlmanlar məscidlərə axışaraq, kütləvi şəkildə dua ediblər. Milli Məscidə toplaşan minlərlə müsəlman son aylarda "Malayziya Hava Yolları"na məxsus iki sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ruhuna dualar edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.