Dünya

Gürcüstan yenidən işıq üzü gördü

28 İyul 2014 11:31
4 Şərh     Baxış: 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İyulun 28-də səhər saatlarında Gürcüstanın bütün ərazisində elektrik enerjisinin verilişi bərpa edilib. Bunu Trend-ə Gürcüstanın Energetika Nazirliyindən deyiblər.

Qeyd edək ki, dünən saat 22:30-da Gürcüstanın bütün ərazisində elektrik enerjisinin verilişi dayandırılmışdı. Buna səbəb 500 kilovatlıq "İmereti" və 200 kilovatlıq "Kolxeti-2" elektrik ötürücü xətlərində baş vermiş qəza olub.

Xüsusi briqadalar qəzanın səbəbini öyrənmək üçün hadisə yerlərinə yollanıblar.

Qeyd etmək lazımdır ki, yüzlərlə sərnişin Tbilisi Metropolitenində qalıb, onları yuxarıya çıxartmaq mümkün olub. Bundan başqa, dəmir yolunda elektrik enerjisinin təchizatı pozulduğuna görə qatarlar 3 saat gecikmə ilə ünvana çatıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.