Dünya

Şok kadrlar: 4 zabitin başı kəsildi - FOTO

28 İyul 2014 10:27
2 Şərh     Baxış: 1 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya və İraqın ərazilərinin bir hissəsini ələ keçirmiş "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması Suriyanın Rəkka şəhərində prezident Bəşər Əsədə sadiq hərbi birləşmələrdən birinin bazasına hücum edib.
 

Bazanı alan terrorçular 50 hərbçini edam ediblər.

İŞİD təkfirçiləri 4 zabitin başlarını kəsib, onların kəllələrini ağaclara keçirərək şəhərdə gəzdiriblər.
 

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, Suriyanın Rəkka şəhərindəki bazanın alınması nəticəsində 85 suriyalı hərbçi həlak olub, 200 nəfər yaralanıb.

Dünən isə İŞİD Rəkka şəhərində 19 nəfəri güllələyib.
 

Suriyada vətəndaş müharibəsi başlayandan bəri 170 min nəfər həlak olub, 3 milyon suriyalı qaçqın və məcburi köçkünə çevrilib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.