Dünya

Ukraynada döyüşlər kəskinləşib - FOTO

28 İyul 2014 10:18
0 Şərh     Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Donetsk vilayətində aparılan antiterror əməliyyatı aktivləştb.

Qorlovka şəhərinin mərkəzinin bombardman edilməsi nəticəsində 30 nəfər yaralanıb.

Avdeyevka və Şaxtyorsk şəhərləri də atəşə tutulub.
 

Milli.Az UNİAN-a istinadən bildirir ki, Qorlovka ilə yanaşı, Debalsevo və Pervomaysk şəhərləri də atəşə tutulub.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenkonun dediyinə görə, separatçılar Qorlovkanı bombardman edirlər.

Ukrayna Ali Radasının deputatı Aleksandr Braqinets Facebook-dakı profilində bildirib ki, Qorlovkada separatçıların komandirlərindən biri İqor Bezlerin qərargahı aviazərbələr nəticəsində məhv olunub.
 

Separatçılar bildiriblər ki, Ukrayna ordusunun Qorlovkaya hücumları davam edərsə, şəhərdəki kimyəvi preparatlar zavodunu partladacaqlar.

Ukrayna hərbçiləri Malayziyanın "Malasia Airlines" aviaşirkətinin "Boeing 777" təyyarəsinin vurulduğu və düşdüyü yeri terrorçulardan azad etməyə çalışırlar.
 

Ukrayna prezidenti Petr Poroşenko dünən Milli Qvardiya hissələrindən birinə baş çəkib. O, çıxışında bildirib ki, "Boeing 777"in düşdüyü yerin ətrafındakı 40 kilometrlik zonada hərbi əməliyyatları dayandırmağa çalışır.
 

Onun sözlərinə görə, Qorlovkada aparılan antiterror əməliyyatında 1 hərbçi həlak olub, 35 nəfər yaralanıb.

Kiyev yaxınlığındakı Novıe Petrivıtsı qəsəbəsindəki hərbi hissələrində olarkən Ukrayna istehsalı olan snayper tüfənglərinin Milli Qvardiyaya verilməsi mərasiminə qatılıb.
 

Krımın Sevastopol şəhərində isə Rusiya Hərbi-Dənizçilik Günü böyük təntənə və paradla qeyd edilib. Təntənələrdə Rusiya prezidenti Vladimir Putin də iştirak edib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.