Dünya

Sirli, qara paltarlı qadın ölkəni dolaşır - FOTO

28 İyul 2014 10:46
0 Şərh     Baxış: 2 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ bu qara paltarlı qadından danışır. Tək-tənha, susqun qadın şəhərdən-şəhərə keçir, yüzlərlə kilometrlik məsafələri qət edir.

O susur, danışmır. Qara paltarlı qadının fotoları sosial şəbəkələrdə sürətlə yayılır.
 

Corciya ştatında yola çıxan qadın 630 kilometrlik məsafəni qət edib və o, hazırda Ohayo ştatındadır.

Milli.Az CBS-ə istinadən bildirir ki, Ohayo polisindən verilən məlumata görə, bu qadın Alabama ştatındakı Motss şəhərinin sakini, 56 yaşlı Elizabet Polsdur.
 

"Qadın səfərinin məqsədi barədə heç nə demir və susur. Amma hesab edirik ki, onun bu yürüşü dini səbəblərlə bağlıdır. Qadının qatı dindar olması da şübhə doğurmur", - Ohayo Polis Departamentindən verilən açıqlamada bildirilib.
 

Sirli, qara paltarlı qadının Tennesi ştatına yollandığı vurğulanır.
 

Milli.Az

 Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.