Dünya

İŞİD hücuma keçdi

27 İyul 2014 18:45
0 Şərh     Baxış: 1 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Terrorçular İraqın ən böyük neft zavodunu yenidən ələ almaq istəyirlər

IŞİD İraqın ən böyük neft zavodunu yenidən ələ almaq üçün hücuma keçiblər.

Anspress-in məlumatına görə, Salahaddin vilayətinin şimalında yerləşən Beyci neft zavoduna hücum edən terrorçu qruplaşma ilə İraq ordusu arasında şiddətli döyüşlər gedir.

İraq höküməti zavodun müdafiəsi üçün xeyli sayda əsgərin əraziyə səfərbər olduğunu, lakin İŞİD-in hücumlarının qarşısını almaqda çətinliklər olduğunu açıqlayıb. Tərəflərin itkiləri barədə məlumat verilməyib.

Bu arada İŞİD İraqın müxtəlif yerlərində terror aktları törədib. Bakuba şəhərində bomba yüklü avtomobil partladılması nəticəsində 4 mülki şəxs yaralanıb, Diyala vilayətində yol kənarına qoyulan minanın işə salınması nəticəsində isə yerli əhalinin formalaşdırdığı silahlı dəstənin 6 üzvü xəsarət alıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.