Dünya

İrandan daha bir qadağa

27 İyul 2014 14:03
0 Şərh     Baxış: 1 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İran hökuməti ölkədəki tanınmış moda evlərindən birini bağlayıb. Buna səbəb isə ötən ay Tehranda keçirilən moda nümayişi olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, İran hökuməti modellərin birinin əyninə ölkənin bayrağını təmsil edən rəngdə paltar geyindiyi üçün bu addımı atdığını deyib. Bundan başqa qadın moda nümayişində kişilərin iştirakından narazılıq edən mühafizəkarlar təşkilatçıları ictimai qaydaları pozmaqda ittiham ediblər.

Moda evinin direktoru Cavid Şirazi verdiyi açıqlamasında hökumətdən rəsmi şəkildə üzr istəyib: "Biz heç kimi narahat etmək istəmirdik. Paltarlar qadınların bədənini bütünlüklə örtürdü. Biz işimizdə həmişə ictimai qaydaları pozmamağa çalışmışıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.