Dünya

Saakaşvili prokurorluğa çağırıldı

27 İyul 2014 13:38
0 Şərh     Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixeil Saakaşvilini dindirməyə çağırıb. O, sabah çağırışa getməlidir.

Musavat.com-un "İnterfaks"a istinadən verdiyi məlumata görə, çağırış vərəqi Tiflisdə eks-prezidentin anası Giuli Alasaniyaya təqdim edilib. Mixeil Saakaşvilinin konkret hansı işlə bağlı istintaqa çağırıldığı açıqlanmayıb.

Prokurorluq bəyan edib ki, Saakaşvili çağırışa gəlməkdən imtina etsə, qanunla nəzərdə tutulan tədbirlər görüləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.